Seren: “Yalan, feyk xəbər yayanları ifşa edib, kim olduqlarını üzə çıxaracağıq”

Türkiyə millisini belə təbrik etdi

  Türkiyəli müğənni Seren Serengil futbol üzrə Avro-2024-ün 1/8 mərhələsindəki qələbəni özünəməxsus tərzdə qeyd edib. Müğənninin qələbə paylaşımı müzakirələrə səbəb olub. “Sherg.az” “NTV.com.tr”tə istinadən xəbər verir ki, Türkiyənin futbol üzrə milli komandasını qələbələri münasibətilə təbrik edən müğənni təpkilərə yol açan foto paylaşıb. Fotoda mili komandanın forması geyindirilmiş köpəklər görünür. Fotonun süni intellekt vasitəsilə düzəldiyi bilinir. Sosial şəbəkə istifadəçilərinin təpkisinə səbəb olan da məhz budur. Təpkilərlə üz-üzə qalan müğənni isə “bu, heyvansevərlərdən birinin paylaşımıdır, mənim səhifəmdə paylaşılıb”, deyərək etirazlara cavab verib. Müğənni şəxsi hesabında pərəstişkarlarına səsələnərək “vəkilim indi bu işlə məşğuldur. Yalan, feyk xəbər yayanları ifşa edib, kim olduqlarını üzə çıxaracağıq. Onları məhkəməyə verəcəyəm. Biriləri guya özlərini heyvansevər kimi qələmə verib milli komandamızın formasında köpək fotoları paylaşır. Allah kimsəyə ağılsız, səviyyəsiz, alçaq düşmən qismət etməsin. Bunu edən məni gözü götürməyən, ayağımın altını qazanlardır. Onları bir-bir üzə çıxaracağam” yazıb.