Yaponiya ilə bu şərtlə dialoq bərpa ola bilər - Rusiya

Yaponiyanın düşmən kursu dialoqun bərpasına imkan vermir.

Axar.az xəbər verir ki, bunu Yaponiyanın Sasakava Sülh Fondunun rəhbərliyindən ibarət nümayəndə heyəti ilə görüşü zamanı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Dialoqun bərpası Yaponiyanın düşmənçilik kursuna yenidən baxılmasını nəzərdə tutur", - Rudenko deyib.