Niger, Mali və Burkina-Faso konfederasiyada birləşib - YENİLƏNİB

Niger, Mali və Burkina-Faso konfederasiyada birləşib.

APA-nın "France-Press" agentliyinə istinadən verdiyi xəbərə görə, üç ölkədəki hərbi hökumətlər dünən axşam Sahara Dövlətləri Alyansı Konfederasiyasının yaradılması barədə müqavilə imzalayıb.

Bu üç ölkədə hərbçilər çevriliş nəticəsində hakimiyyətə gəlib və hələ mayın 18-də Nigerin paytaxtı Niamedə Sahara Dövlətləri Alyansı Konfederasiyasının formalaşdırılması barədə qərar veriblər.

Sənəddə qeyd olunur ki, bu dövlətlər vahid investisiya bankı və stabilləşdirmə fondu yaradacaq, diplomatik səylərini koordinasiya edəcək, kən təsərrüfatı, emal sənayesi və energetika sahələrində birgə layihələr üçün resurslarını birləşdirəcəklər.

***
Üç Afrika ölkəsi - Burkina Faso, Mali və Niger konfederasiyada birləşmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Agentlik “böyük inteqrasiya" üçün təkanların bir hissəsi kimi konfederasiyanın yaradılması ilə bağlı müddəaları ehtiva edən sənədə istinad edib.