4 min il əvvəlki müştəri şikayəti: London muzeyində saxlanılır

  Müştəri şikayətləri təkcə müasir dövdə deyil, qədim zamanlarda da mövcud olub. Bunu sübut edən lövhəni arxeoloqlar qədim Mesopatamiya – indiki İraq ərazisində aşkarlayıblar. Lövhənin 4 min il əvvələ aid olduğu bildirilir. 
“Sherg.az" “NTV.com.tr”yə istinadən xəbər verir ki, şikayət mis tacirinə ünvanlanıb. Lövhədə “səni rüsvay edəcəyəm”, sözləri yazılıb. Bu lövhə ən qədim müştəri şikayəti kimi Ginnessin Rekordlar kitabına daxl edilib. Lövhə arxeoloq Leonard Voolley tərəfindən aşkarlanıb. Onu İraq ərazisində 2015-ci ildə tapıb. Arxeoloq müəyyən edib ki, müştəri şikayətini lövhəyə mığlarla həkk edib. Başqa məzmunlu şikayət lövhələri də aşkar edilib. Onlardan biri Nanni adlı tacirə məxsusdur. Bu lövhə miladdan öncə 1750-ci ildə, qədim Akad hərfləriylə yazılıb. Nanni adlı tacir mis alverçisindən aldığı misin keyfiyyətsiz olduğunu, mis almaq üçün göndərdiyi adamına pis davranıldığını, mis alverçisinin ona borcu olduğunu yazıb. Mis alverçisi isə tacirə “almaq istəmirsən, alma”, deyərək şikayəti rədd edib. Babil şəhərindən olan başqa bir tacirin şikayəti də metal alış-verişi zamanı müştərinin narazı qalmasıyla bağlıdır. Ona verilən cavabsa “yeri gəldi-gəlmədi, seçib-seçmələyirsıniz. Bu, heç də xoş deyil”, olub. Qədim babillilərin ticarətdə bir-biriylə daş lövhələr vasitəsilə əlaqə qurduqları məlum olub. Bu lövhələr hazırda Londonun “British Museum” kolleksiyasında sərgilənir.