Ərdoğan ABŞ-də səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün ABŞ-a səfər edib.
“Report” bu barədə Türkiyə liderinin administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bundan əvvəl Türkiyə mətbuatı səfər çərçivəsində Ərdoğanın Vaşinqtonda dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlərinin planlaşdırıldığını yazıb.
Xatırladaq ki, Vaşinqtonda bu il Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümünə təsadüf edən NATO sammiti başlayıb. Tədbirdə alyansın 32 üzvü ilə yanaşı, Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edir.
NATO Baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçiriləcək sammitin əsas mövzusu Ukraynaya dəstək olacaq.