Odessada güclü partlayış olub

Ukraynanın Odessa vilayətində güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “UNİAN“ məlumat yayıb.

Bildirilib ki, bundan bir neçə saniyə əvvəl ölkənin Hərbi Hava Qüvvələri şəhərə “X-31P” tipli raketin atıldığı barədə xəbər yayıb.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.