Keçmiş birinci xanım həbs oluna bilər! Sarkozi qalmaqalı ona da sirayət edib

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin korrupsiya ittihamı ilə mühakimə olunduğu işdə onun həyat yoldaşı, fransız müğənni və italyan əsilli model Karla Bruniyə məhkəmə nəzarəti tələbi qoyulub. Məhkəmə zamanı ərindən başqa heç kimlə əlaqə saxlaya bilməyən 56 yaşlı keçmiş birinci xanım ittihamları rədd edir.

Sherg.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, Sarkozinin may ayında mühakimə olunduğu korrupsiya işində şübhəli şəxs qismində ifadə verməyə çağırılan həyat yoldaşı Bruni yenidən hakim qarşısına çıxıb.

Sarkozinin korrupsiyada mühakimə olunduğu Liviya Maliyyələşdirmə işində şahid qismində iştirak edən iş adamı Ziad Takieddinenin Sarkoziyə qarşı ittihamlarını geri götürməsi üçün təzyiqlərə məruz qalması iddiaları ilə bağlı daha əvvəl ifadə verən Bruni, bu işdəki roluna görə yenidən gündəmə gəlib. 

Bəzi milli media mənbələri məhkəmənin Bruninin hər hansı ittihamla üz-üzə olub-olmadığını müəyyən etmək üçün davam edəcəyini yazıb. 


Fransız "Le Monde" qəzeti, məhkəmə qaynaqlarına əsaslanaraq verdiyi xəbərdə, məhkəmənin duruşmada Brunini günahlandırdığını iddia edib. Xəbərdə Bruninin Sarkoziyə qarşı ifadələrini geri götürməsi üçün işin şahidi olan Ziad Takieddineyə təzyiq göstərməkdə və korrupsionerlərlə əməkdaşlıqda ittiham olunduğu iddiası yer alıb.

Bruni də məhkəmə nəzarətinə tabe idi və həyat yoldaşından başqa bütün müttəhimlərlə əlaqə saxlamağa qadağa qoyulub.

Sarkozi 2023-cü il oktyabrın 6-da korrupsiya ittihamı ilə mühakimə olunduğu Liviya Maliyyə işində "açar ad" olan Ziad Takieddinenin ifadəsini geri götürməsi üçün təzyiq göstərdiyi səbəbi ilə iki ittihamla ittiham olunub.

Hakimlər, Sarkozinin ona qarşı ifadə verən, lakin sonradan ifadələrini geri götürən iş adamı Takieddineyə təzyiq göstərməsinə dair kifayət qədər sübutların olduğuna qərar verib.

2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozinin "2007-ci ildə prezident seçkiləri kampaniyasını aparmaq üçün Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi aldığı və kampaniyanı bu dəstəklə apardığı" iddia edilir.

Bruni-Sarkozi müstəntiqlər tərəfindən iki dəfə, 2023-cü ilin iyununda əvvəlcə şahid, sonra isə mayın əvvəlində şübhəli şəxs qismində dindirilib. İstintaq göstərdi ki, Bruni-Sarkozi 2021-ci ilin iyununda Marçanın şahidləri saxtalaşdırmaqda günahlandırıldığı gün Fransanın "paparassi kraliçası" Mişel Marchand ilə bütün  mesajlarını silib.

Fransız-Livan əsilli Takieddinenin 2006-cı ilin sonlarında Liviyadan Sarkoziyə 5 milyon avro gətirdiyi iddia edilir.

İddialardan sonra 2013-cü ildə ilkin istintaq başladılıb. Sarkozi 2018-ci il martın 21-də Parisdə saxlanılıb və ona qarşı “seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi, korrupsiya və Liviya dövlət vəsaitlərinin gizlədilməsi” ittihamı ilə istintaq aparılıb.

İş adamı Takieddine əvvəlcə Sarkozinin Liviyadan maliyyə aldığını iddia etsə də, 2020-ci ildə açıqlamalarını dəyişərək bunun əksini iddia edib.

Sarkozi ona qarşı irəli sürülən ittihamları götürməsi üçün ən azı 8 nəfər vasitəsilə Takieddine təzyiq göstərməkdə şübhəli bilinir.

Fransanın sabiq prezidentinin bunun üçün 608 min avro xərclədiyi iddia edilir.