34 milyon il əvvəl buz altında qalan itirilmiş torpaqlar...
Antarktikanın buz təbəqəsi qlobal istiləşmə səbəbiylə hər il bir az da çox əriyir. Bir neçə on il ərzində qitənin buz təbəqəsinin bəzi hisslərdə tamamilə əriyəcəyi ehtimal edilir. Alimləri düşündürənsə “buz təbəqəsinin altında nələr var” sualıdır. 34 milyon il nəhəng iqlim dəyişikliyi nəticəsində böyük bir qitənin buzlaqlarla örtüldüyü məlumdur, amma bu dəyişiklik necə baş verdi, hələ də dəqiq cavabı yoxdur. Antarktikanın qərb və şərq hissələrində buzlaqların fərqli sürətlə əriməsi də alimləri düşündən məsələdir. Alfred Vegener İnstitutu və Helmholtz Qütb və Dəniz Araşdırmaları Mərkəzinin alimləri bu məsələləri araşdırır. “Science” dərgisində yayınlanan araşdırmaya görə, bu durumun əsasında buz təbəqəsinin qitənin fərqli hissələrində fərqli dönəmlərdə formalaşması göstərilir. Şərqi Antarktikada buzlaqlar əmələ gəldiyi dövrdə Qərbi Antarktikada buzlaqlar hələ yoxmuş. Alimlər buzlaqların dərinliklərinə çatmaq üçün MARUM-MeBo70 dəniz səthi sondaj cihazından istifadə edərək buzlaqlardan nümunə götürməyə nail olub. Tədqiqat nəticəsində məlum olub ki, Antarktikada buzlaqlar 34 milyon il öncə formalaşmağa başlayıb. Lakin qalın buzlaqlar qitəni bütünlüklə əhatə etmir. Şərq hissədə, xüsusilə Quzey Viktoriya adlanan bölgədə buzlaqlar daha qalın təbəqəyə malikdir.
“Sherg.az” “Mashable Türkiyə”yə istinadən xəbər verir ki, qalın buzlaqlar nəmli hava kütlələrinin Transantarktik Dağlarına çatması və güclü qar yağışlarının başlamasıyla əmələ gəlib. Buz təbəqəsi buradan qitənin içərilərinə doğru yayılıb və Şərqi Antarktikanın üzərini sürətlə örtməyə başlayıb. Bunun üçün 7 milyon il keçməsi lazım gəlib. Bu vaxt ərzində qitənin bəzi yerlərində qalın meşələr mövcud olub. Tədqiqatlarda iştirak edən geoloq Johann Klages, “xəfif bir isinmə Antarktikadaki buzun əriməsi üçün yetərli ola bilər və biz hazırda məhz bu nöqtədəyik”, deyib. Bu da sual yaradır: buzlaqlarsız Antarktika necə olacaq? Antarktikanın buzlaqlarsız ehtimal olunan görünüşü 2019-cu ildə süni peyklər vasitəsilə çəkilib. Bu, “BedMachine Antarktika” layihəsi sayəsində mümkün olub. Bu xəritə bir qitəyə X-ray gözlükləriylə baxmaq kimidir. Alimlər xəritədən istifadə edərək Antarktikanın buzlaqlarsız halını göz önünə gətirə bilib. Burada möcüzəli meşələr, göllər görünür. Hətta vulkanik dağlar da var. Zatən Qərbi Antarktikada bundan əvvəl də 138 yanardağ təsbit edilib. Onlardan 8-9-u fəaldır. Erebus dağı 3 min 794 metr yüksəklikdədir və Antarktikadaki ən yüksək aktiv vulkandır. 1991-ci ildə vulkan püskürməsi zamanı havaya çıxan qazın kiçik metal qızıl kristallarla dolu olduğu kəşf edilib. Vulkanın gün ərzində 80 gram qızıl püskürdüyü təxmin edilir. Demək ki, Antarktika sadəcə buzlaqlar vətəni deyil, altında zəngin təbii ehtiyatlar gizlənir.