Biznesinə 4 yaşında, nənəsinin resepti ilə başladı!
Bir çox insan, ən azı uşaqlıq illərində, yay aylarında evlərinin yaxınlığında bir şey satmağa çalışır. Bəziləri soyuq su, bəziləri kiçik zinət əşyaları satmış ola bilər. Amma çox az adam bu uşaqlıq hobbisini tam ştatlı işə çevirib. Necə ki, 4 yaşında limonad satan, 11 yaşında öz brendini quran və milyonçu olan Mikaila Ulmer kimi.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yaşayan Mikaila Ulmer adi həmyaşıdlarından fərqli bir qızdır. 4 yaşında istədiyi oyuncaqları almaq üçün öz pulunu qazanmağa başlayan kiçik qızın hekayəsi hər kəsi təəccübləndirir. Mikaila Ulmer 4 yaşında öz brendini yaradaraq hər kəsi heyran etdi. Təsadüfən nənəsinin reseptlər kitabını tapan kiçik qız əvvəlcə evlərinin qarşısında limonad satmağa başlayıb. Limonad satmağa başlamazdan əvvəl həftədə iki dəfə arı sancdığı Mikayla həmin gündən ciddi arı fobiyası yaşamağa başlayıb.
Bu fobiya və ağlına gətirdiyi fikir milyonçu olmaq yolunda kiçik bir addım idi. Arılardan çox qorxan Mikaylaya anası D'Andra bu qorxulu təcrübəni şüurlu şəkildə dəyişdirməyə kömək etdi. D'Andra qızına arıların yaxın illərdə nəsli kəsilə biləcəyini öyrədən bir həşərat araşdırması tapşırığını yerinə yetirməsini söylədi.
Kiçik qızın valideynləri hər dəfə arıları görəndə çaşqınlıq etmək əvəzinə, onları daha yaxşı başa düşmək və onların tozlanmada və daha geniş ekosistemdə oynadığı kritik rolu öyrənmək üçün bir az araşdırma aparmağı tövsiyə etdilər. Beləliklə, Mikayla Ulmerin arı qorxusu valehə çevrildi. Ulmer, bal arılarının həyatı davam etdirmək üçün nə qədər vacib olduğunu öyrəndikdən sonra aktivist oldu. Onların ekosistemdəki roluna heyran olan kiçik qız 1940-cı illərdəki reseptlər kitabında limonadın içinə süni dadlandırıcılar yerinə bal qoymağa qərar verdi. Bu, daha sağlam olardı, arıları xilas edər və arıçılara dəstək olar. O, limonadına bal qataraq, satışdan əldə olunan pulu arı dostu fondlara bağışlayaraq və başqalarını bu mövzularda maarifləndirməklə arı cəmiyyətlərinə kömək etmək qərarına gəlib.
O, arıları xilas etməyə kömək edəcək bir məhsul yaratmağı hədəfləyib. Limonad sataraq "BeeSweet Lemonade" adlı şirkətini qurdu. Mikayla demək olar ki, hər gün limonad köşkündə limonad satırdı və bal arılarının üzləşdiyi problemləri müştərilərinə çatdırmaq üçün hər fürsətdən istifadə edirdi.
Mikayla illərdir limonad stendləri qurmağa davam etdi və tezliklə yaşadığı Texasda məşhurlaşdı. Məhsulla bağlı şayiələr başqa yerlərə də yayılıb. İş o yerə çatıb ki, limonad stendini ziyarət edən yerli restoranlarla yanaşı, ildə üç dəfə keçirilən yarmarkalarda da stendlər açıb. 8 yaşında Mikaila Ulmer hətta məşhur mağazalarda arılar haqqında seminarlar keçirməyə başladı.
Evinin qarşısındakı stoldan limonad satmağa başlayan balaca qıza pizza markasının sahibi bu içkini butulkaya qoysa ala biləcəyini deyib. Belə ki, balaca qız öz brendini yaratmaq yolunda böyük addım atıb və 9 yaşında ikən İngiltərədə yayımlanan sahibkarlıq proqramında iştirak etmək qərarına gəlib. Bir sıra təsadüfi hadisələr və valideynlərinin sarsılmaz təşviqi, üstəlik 60.000 dollarlıq sərmayə ona öz potensialını reallaşdırmağa və onu sosial sahibkar edən qığılcımı izləməyə kömək etdi.
Mikaila Ulmer kimi işgüzar sahibkar azdır. Mikayla nənəsinin kətan toxumu limonad reseptindən istifadə edərək limonadı bal ilə dadlandıraraq istehsal edən və satan Me&the Bees Lemonade şirkətini quranda cəmi 4 yaşında idi. Mikaila 10 ilə yaxındır davamlı olan biznes qurmaq üçün ailəsindən və sənaye ekspertlərindən öyrənmiş və onlarla birlikdə çalışmışdır. Bu prosesdə şirkət məhsuldarlığını artırmaqdan tutmuş ictimaiyyəti arılar haqqında maarifləndirməyə kimi arzularını reallaşdırmağa kömək edən texnologiyanı birləşdirmək üçün Microsoft kimi şirkətlərlə əməkdaşlıq edib. İldə 360 min şüşə limonad satan və məhsullarını dəbdəbəli supermarket şəbəkələri də daxil olmaqla məkanlara paylayan Mikaila ABŞ-ın ən gənc biznes sahiblərindən biri ünvanına sahibdir.
"Bəzən müsahibə vermək və ya televiziya proqramı üçün səyahət etmək üçün dərsləri buraxmalı oluram. Yaxud məktəbdə böyük bir layihə və ya imtahanım olduğu üçün böyük veriliş və ya təqdimatı qaçırıram", - deyə Mikayla hisslərini ifadə edir:
"Əsasən həftə sonları və ya dərsdən sonra axşam saatlarında satışlar edirəm. Ailəmə çox borcluyam. Onlar təkcə məni həvəsləndirən insanlar deyil, həm də biznesi öyrədən insanlardır. Mənə hər şeyi anam öyrədib. Mən marketinq haqqında bilirəm və atam mənə maliyyə haqqında bildiyim hər şeyi öyrətdi. Bu, ailə biznesidir".
Prioritetinin insanların çoxunun limonata əlçatan olmasını təmin etmək olduğunu ifadə edən Mikaila, "Biz e-ticarət işimizi artırmaq istəyirik. Şirkətimizi beynəlxalq səviyyədə görürəm və genişlənməyə çalışırıq. Önümüzdəki illərdə sadəcə limonad, köynəklər, çantalar və ya dodaq balzamları yox, daha çox məhsul satacağıma inanıram. Daha çox şirkətlə əməkdaşlıq etmək istəyirəm. Və əlbəttə ki, arı populyasiyasında artım görəcəyimə ümid edirəm" deyir.
Mikayla əlavə edir ki, hər şey komanda işidir: "Valideynlərimin verməyəcəyi qərarları mən verirəm, valideynlərim isə mənim verməyəcəyim qərarları verirlər. Həm də mən gəncəm. Hər şeyi bilmədiyimi bilirəm, ona görə də onların məsləhət və fikirlərini mütləq nəzərə alıram”.