Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrononun namizədliyini təsdiqləyib.
Vesti.az xəbər verir ki, o, bu vəzifədə 2017-ci il noyabrın 13-dən bu vəzifəni tutmuş Toivo Klaarı əvəz edəcək.
Yaxın vaxtlarda Maqdalena Qrononun namizədliyinin Aİ Şurası tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.