Zaxarova İranın müdafiəsinə qalxdı: Ağ yalandır!

Amerika mətbuatında İranın Donald Trampa sui-qəsd cəhdində əli ola biləcəyi ilə bağlı yayılan məlumatlar ağ yalandır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb.

“Nəzərinizə çatdırım ki, İranın dövlət, siyasi və ictimai xadimlərini mütəmadi olaraq aradan götürən ABŞ olub. Həm də təkcə iranlıları deyil”, - Zaxarova qeyd edib.

Xatırladaq ki, CNN kəşfiyyata istinadla, İranın Trampa qarşı sui-qəsd planlarının olduğunu açıqlamışdı. İran tərəfi bu iddiaları rədd etmişdi.