Keçmiş Baş nazir: Çexiya Rusiya ilə münaqişəyə hazırlaşır

“Petr Fiala başda olmaqla, hazırkı Çexiya hökuməti Amerikanın 24 ədəd “F-35” səsdən sürətli qırıcısını almaqla Rusiya ilə münaqişəyə hazırlaşır”.
“Report” xəbər verir ki, bunu “Parlamentni Listi” nəşrinə Çexiyanın keçmiş Baş naziri, Narazı Vətəndaşlar Hərəkatının rəhbəri Andrey Babiş deyib.
“Fiala hökuməti 11 ildən sonra veriləcək F-35-dən istifadə etməklə Rusiya ilə müharibə arzusundadır”, - deyə o qeyd edib.
Qeyd edək ki, cari ilin yanvar ayında Çexiya və ABŞ 24 ədəd “F-35” səsdən sürətli qırıcı təyyarələrin alınmasına dair saziş imzalayıb. Müqavilənin ümumi dəyəri 150 milyard çex kronu (təxminən 6,5 milyard dollar) təşkil edəcək. Bu, Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatıdır. İlk “F-35”lər Çexiyaya 2031-ci ildə gələcək.