Pezeşkian nüvə sazişini bərpa etməyə hazırdır

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) bərpa etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Pezeşkian hökumətinin formalaşdırılması üzrə məsləhət komitəsinin rəhbəri Məhəmməd Cavad Zərif X sosial şəbəkəsində bildirib.

“Bizim yeni hökumətimiz yeni seçilmiş Prezident Pezeşkianın rəhbərliyi altında diplomatiyanın bu unikal nailiyyətinə qarşılıqlı riayət olunmasını təmin etmək üçün xoş niyyət addımı olaraq BHFP və İran qanunlarına uyğun şəkildə dialoq aparmağa hazırdır”, - o yazıb.