İlon Maskın trans qızı atasını tənqid etdi: "SƏN ADAM DEYİLSƏN!"

"Sən planeti xilas etmirsən, iqlim dəyişikliyinə əhəmiyyət vermirsən. İnsanlar sənə hələ də inanmağa davam edir və mən buna təəccüblənirəm"

Texnologiya milyarderi İlon Maskın qızı Vivian Jenna Uilson bir müddət əvvəl atasını sərt sözlərlə tənqid edib. Atasının soyadından imtina edib anasının soyadını götürən Uilson, qadına xas göründüyü üçün onu təhqir edən milyarderdən "qəddar, itkin ata" deyə bəhs edib.


Sherg.az xəbər verir ki, 53 yaşlı Maskın 20 yaşlı trans qızı atasının xoşbəxt ailə başçısı olduğunu bildirən paylaşımına qarşı susqunluğunu pozub.

Vivian deyib:

 
"Baxın, buna həqiqətən inanıb, inanmadığınızı və ya öz xəyal dünyasında yaşayıb, yaşamadığınızı bilmirəm. Açığı, vecimə də deyil. Mənə elə gəlir ki, siz öz brend imicinizi  "qayğıkeş ata"' olaraq yenidən inşaa etməyə çalışırsınız və mən bunu sorğulamadan keçə bilməyəcəm. Dürüst olmaq lazımdırsa, bu təşəbbüs çox acımalı işdir. Reportajlarda, kitablarda, sosial mediada haqqımda yalan söyləməyi buraxmırsınız. Tanrıya şükürlər olsun ki, yalan söyləmək mövzusunda bərbatsınız, çünki əks təqdirdə bu çox  zor olurdu."

 
Maskın 20 yaşlı qızı “Sən ailə başçısı deyilsən, öz övladları haqqında yalan danışmaqdan əl çəkməyən adamsan” ifadələrini də işlədib.

Maskın keçmiş həyat yoldaşı Justine Uilson ilə evliliyindən olan Vivian sözlərini belə yekunlaşdırıb: "Sən planeti xilas etmirsən, iqlim dəyişikliyinə əhəmiyyət vermirsən. İnsanlar sənə hələ də inanmağa davam edir və mən hələ də buna təəccüblənirəm".

Digər tərəfdən, atasının şərhlərindən qəzəblənən Uilson, daha əvvəl verdiyi müsahibədə, "Məncə, o, heç nə deməyəcəyimi güman etdi. Bunu etməyəcəyəm, çünki sən gedib milyonlarla tamaşaçı qarşısında mənim haqqımda açıq-aşkar yalan danışsan, mən bunu görməzdən gəlməyəcəm”- deyə bildirmişdi.

20 yaşlı qız, ortaq himayədarlığına baxmayaraq, Maskın həyatından böyük ölçüdə uzaqlaşdığını, homoseksual olduğu və qadın xüsusiyyətləri nümayiş etdirdiyi səbəbiylə təhqir etdiyini, hətta uşaq ikən səsini aşağı salması üçün onu zorladığını iddia edib. 

Vivian Musk 2022-ci ilin iyununda transseksual olduğunu açıqlayıb. O zaman Vivian “Mən artıq bioloji atamla heç bir şəkildə, heç bir biçimdə qohum olmaq istəmirəm” deyərək anasının soyadını götürmək üçün müraciət etmişdi.