Ukrayna Kurskın mərkəzinə doğru irəlilədi

Ukrayna qoşunları Kursk vilayətinin Suca regional mərkəzinə yaxınlaşıb.
Axar.az xəbər verir ki, bunu BILD-in analitiki Julian Röpkenin bildirib.
Ekspertin sözlərinə görə, ukraynalı hərbçilər 38K-004 avtomobil şosesi boyunca hərəkət edir və Suca şəhərinin kənarına çatıb:

“Ukrayna ordusu hazırda Kursk vilayətinin Suca şəhərindən azı 2 km şimal-qərbdədir, bunu vizual olaraq təsdiqləmək olar”.

Qeyd edək ki, Rusiya MN Ukrayna ordusunun irəliləməsinin qarşısının alındığı barədə məlumat yayıb.