Rusiya HDQ hərbi təlimlərə başlayır

Bu gün Rusiya Hərbi Dəniz Qüvvələrinin Novorossiyskdəki bazasında atış təlimləri keçiriləcək.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə şəhərin rəhbərliyi əhaliyə xəbərdarlıq edib.

Sakinlər təşvişə düşməməyə və təlim keçirilən ərazilərə getməkdən çəkinməyə çağırılıb.

Manevrlərin neçə gün davam edəcəyi açıqlanmayıb.