SEPAH-ın planı: Bakını hədəfə almaq...

İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir

İstisna deyil ki, İsraillə mümkün qarşıdurmada Bakıya qarşı köhnə təhdidləri yeniləmək ssenarisini də hazırlayırlar

  Yaxın Şərqdə artan gərginlik Cənubi Qafqaza, o cümlədən Azərbaycana təsirsiz ötüşmür. İran Prezidenti M.Pezeşkian İsrailin yaxın qonşularda mövqelərinə zərbə endirməyi təklif edərkən, Azərbaycanın adı çəkilib, yəni İsrailin ölkəmizdəki səfirliyinə qarşı həmlə nəzərdə tutulub. Əlbəttə, Azərbaycan başqa dövlətlərin mübarizə və müharibə meydanı deyil. Maraqlıdır ki, bu mövzu ətrafında müzakirələr davam edərkən İsrailin “Kan” televiziyası İsrail ordusunun İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıb. Bu, açıq-aşkar təxribatdır. Azərbaycanda İsrailə məxsus hərbi birlik və ya hərbçilər yoxdur. İsrailin dövlət televiziyası bu təxribatçı xəbərlə İrandakı anti-Azərbaycan mövqeyində dayanan mühafizəkar dairələrin və SEPAH generallarının əlinə oynayıb. Çünki məhz onlar illərdir İsrailin Azərbaycanda hərbi varlığı haqqında əfsanələr yayırlar. İndi də deyəcəklər ki, “gördünüz, bunu İsrail də təsdiq edib”. Yaxın Şərqdəki gərginlikdə və İran-İsrail qarşıdurmasında tərəf olmasaq da, bizi alovun içinə atmaq istəyirlər. Belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyin əhəmiyyəti bir daha görsənir.
  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Onun sözlərinə görə, bu kontekstdə Pezeşkianın SEPAH-a “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan informasiyalar diqqət çəkir: