Kim Çen Putinə yazdı: Müqəddəs müharibə…

Rusiya sülh və ədalət uğrunda müqəddəs müharibədə qalib gələcək.

Axar.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn Koreyanın azad olunmasının ildönümü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi Teleqramda deyib.

“Yoldaş Kim Çen İn qəti əminliyini ifadə edir ki, dözümlü rus xalqı yoldaş Putinin enerjili rəhbərliyi altında dövlətin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə edəcək, bölgədə sülhə və beynəlxalq ədalətə nail olmaq üçün müqəddəs müharibədə mütləq qalib gələcək”, - Teleqramda bildirilib.