AB-nin Tiflis və İrəvandakı müşahidəçiləri görüşdü

AB-nin Gürcüstandakı müşahidəçilər missiyasının rəhbəri Bettina Patrisiya Buqani Cənubi Osetiyanın inzibati sərhədində Ermənistandakı missiyanın rəhbəri Markus Ritterlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı qurum X səhifəsində paylaşıb.

Qeyd olunub ki, müşahidəçilər təhlükəsizlik və humanitar vəziyyətlə bağlı yenilikləri təqdim edərək gördükləri işləri müzakirə ediblər.