Ermənistanda Qərbi Nil virusuna yoluxma artdı

Ermənistanda kütləvi virusa yoluxma halları qeydə alınıb. "Qərbi Nil" virusuna 58 nəfər yoluxub , onlardan 41-i xəstəxanaya yerləşdirilib. Mətbuata  bu haqda Ermənistan Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin rəhbəri Stepan Atoyan bildirib.
Bu barədə "Sherg.az" erməni teleqram kanallarına istinadən xəbər verir. 
Atiyan bildirib ki, ilk yoluxma avqustun 7-də Araqatson vilayətində aşkarlanıb.  “41 xəstədən dördünün vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır”. O, qeyd edib ki, virusa yoluxanların  hamısı Araqatson sakinləridir.
Qeyd edək ki, son illər dünyada " Qərbi Nil " virusunun yayılması narahatlıq doğurub. Xüsusi ağcaqanadların yayıldığı ölkələrdə bu virus sürətlə inkişaf edir , qızdırma , başgiçəllənməsi , qusma ilə müşayıt olunur , ölüm halları artır.