Verilən xəbərlərə görə , Abxaziya tərəfi Qali rayonunun Otobaya kəndində yaşayan iki Gürcüstan vətəndaşı Murtaz və Ruslan Çithanavanı həbs edib.
"Sherg.az " Aktual.ge xəbər portalına istinadən verir ki, onlar Suxumi təcridxanasına köçürülüblər.
Abxaz tərəfi həbs edilən qardaşları əraziyə qanunsuz keçirilməsində ittiham edirlər.
Həmçinin Abxaziya tərəfi bildirir ki, adıçəkilən şəxslər pul müqabilində Gürcüstanın nəzarətində olan ərazidən Abxaziyaya və əks istiqamətə sənədləri qaydasında olmayan insanlar aparırmış.