ABŞ Baş Qərargah rəisi İsrailə gəldi

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun İsrailə səfər edib. Onun İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi ilə görüşü nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hərbi liderlər Yaxın Şərqdəki təhdidlərə cavab tədbirləri çərçivəsində regionda birgə təlimlə bağlı təhlükəsizlik məsələləri və strategiyaları müzakirə edəcəklər.

Bildirilib ki, İsrail ordusu regional sabitliyi və iki ordu arasında koordinasiyanı gücləndirmək öhdəliyinin bir hissəsi olaraq ABŞ silahlı qüvvələri ilə əlaqələri dərinləşdirməyə davam edəcək.