Dəhşətli zəlzələ və sunamidən burnu belə qanamadan xilas oldu
Bağını təmizləmək, çiçəkləri sulamaq üçün erkən saatlarda oyanıb həyətə çıxdıqda yerin titrədiyini hiss etdi. Ardınca isə fəlakət yaşandı. 600 saniyə davam edən dəhşətli zəlzələ və onun yaratdığı sunami bu gün də son 100 ilin ən böyük təbii fəlakətlərindən biri hesab edilir. Lakin bu qadın 300 min insanın həyatını itirdiyi dəhşətli hadisədən burnu belə qanamadan xilas olan insandır.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, İndoneziyanın Sumatra adasının Aceh əyalətində yaşayan Umikalsum sunamidən nəhəng piton ilanı sayəsində xilas ola bilib. Qadının xilası filmlərə hekayə olacaq qəbildəndir. 26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra adasının sahillərində 9,1 bal gücündə 600 saniyə davam edən zəlzələnin ardınca sunami baş verdi. Hadisə 300 min insanın ölümünə səbəb olsa da, son 100 ilin ən böyük təbii fəlakətindən ilan sayəsində xilas olmağı bacaran bir qadın var idi. O zaman 50 yaşında olan Umikalsum inanılmaz sürətli sunamidən ilan sayəsində sağ çıxmağı necə bacarıb? İndoneziyanın Sumatra adasındakı Aceh əyalətinin əhalisi ən qaranlıq bazar günlərini yaşayacaqlarından xəbərsiz idilər. Uşaqları və nəvələri ilə yaşayan Umikalsum da səhər tezdən oyanıb bağçanı təmizləməyə, gülləri sulamağa başlayıb. Bu əsnada yerin titrədiyini hiss edib. Zəlzələnin intensivliyi getdikcə artdıqca, Umi evin uçacağı təqdirdə 5 yaşlı nəvəsini götürüb binadan uzaqda olan boş sahəyə getməyə qərar verib. Bu zaman uşaq onun yanına gəlib deyib: "Qaçaq! Dəniz suyu sahilə çıxıb, hər yeri bürüyür". Evi sahildən 400 metr aralıda olan Umi "nə tez?" - deyə düşünüb, amma təəssüf ki, sunami inanılmaz sürətlə hərəkət edirdi. İş o yerə çatıb ki, sular qucağında nəvəsi olan Umiyə hücum edib və nəvəsi Uminin əlindən sürüşərək dalğalara qarışıb. Umi nəvəsini yenidən tutmağa çalışsa da, sunaminin gücü o yaşda bir qadının əlinin gücü ilə müqayisə oluna bilməzdi. Qısa müddətdən sonra huşunu itirən bədbəxt qadının son gördüyü nəvəsinin sunami dalğaları arasında sürüklənməsinin qısa təsviri olub. Umi özünə gələndə anlayıb ki o, evindən təxminən 800 metr aralıda olan Krueng kəsilmiş körpünün ətrafındadır. Bu vaxt o, suda sürüklənən insanları görüb və onların kömək çağırışını eşidib. Ancaq bu vəziyyətdə qəribə bir şey var idi. Sunaminin sürətləndirdiyi dalğalar böyük sürətlə hərəkət edərək qarşısındakı hər şeyi udarkən, maraqlısı odur ki, Umi sürüklənmədən suda qala bilib. Elə bu zaman yaşlı qadın anlayıb ki, suyun içində onun bədənini başqa nəsə sıxır. Bu, kifayət qədər böyük piton ilanı olub. İlan həm suyun üzərindəki zibil qutusunu, həm də Umini qucaqlayıb, az qala onu üzərlərində olduqları körpünün barmaqlıqlarına bağlayacaqmış. Bu vəziyyət çarəsiz qalan qadının şiddətli sunami dalğalarına sürüklənməsinin qarşısını alıb. Piton ilanı və bədbəxt Umi uzun müddət olduqları yerdə qalaraq gözləyiblər. Hər kəs pitonun Umiyə zərər verə biləcəyindən narahat olub, lakin belə olmayıb. İlan Umini qucaqlayıb körpünün məhəccərlərinə sancmaqdan başqa heç bir hərəkət etməyib və onun sürüklənməsinin qarşısını alıb. Fəlakətdən saatlar keçdikdən sonra sular öz intensivliyini itirərək çəkilməyə başlayıb. Paltarı tamamilə cırıq olan Umi zibillərin arasından bədəninə dolanan ilanla "lütfən, məni xilasa apar" deyə ucadan Allaha dua etməyə başlayıb. Bu anda o, İndoneziya Qırmızı Xaç Cəmiyyətinin 3 könüllüsünün "Dayan, İbu, (böyük qadınlara hörmətlə belə müraciət edilir) səni xilas edəcəyik", deyə səsləndiyini eşidib. Kömək etməyə gələnləri görən köməksiz qadın dərhal “bədənimə ilan dolanıb”, deyə qışqırıb. Könüllülərdən biri Umiyə "Narahat olma! İlan bizi dişləmədi" dedi. Umini tutan könüllülər qadını zibillərin arasından çıxarmağa çalışdıqda ilan da onu buraxıb və suya dalaraq gözdən itib. Umi nəvələri və uşaqları da daxil olmaqla 30 ailə üzvünü itirmişdi, özü isə piton ilanı sayəsində sağ qalmışdı. Zəlzələ ilə bağlı xatırladığı ən güclü görüntünün dəqiqələrlə ona baxan ilanın üzü olduğunu deyən Umi, “bəlkə də, belə hiss etmək istəyirəm, amma bu nəhəng ilan könüllülər mənə çatana qədər dəqiqələrlə ətrafımı sardı və mənə mərhəmət nəzəri ilə baxmağa davam etdi".