KİV: Tramp və Harris arasında debatda "nokaut" qeydə alınmayıb

ABŞ-da keçirilən seçki debatlarında iştirak edənlərdən heç biri rəqibini "nokauta" sala bilməyib.

APA xəbər verir ki, bu barədə “The New York Times“ın ABŞ prezidentliyinə Respublikaçılar və Demokratlar partiyalarından namizədlər Donald Tramp və Kamala Harris arasında çərşənbə axşamı keçirilən debatının şərhində bildirilib.

Qəzet yazır ki, gərgin məqamların çoxluğuna baxmayaraq, noyabrda keçiriləcək çox gərgin seçkilər ərəfəsində dinamikanı kökündən dəyişdirə biləcək nokaut görünmür.

Bildirilib ki, Harris “əsasən aydın mesaj çatdırmağı bacarıb”, Tramp isə “qəzəbli və müdafiəçi görünürüb”.

Qeyd edək ki, çərşənbə axşamı Pensilvaniya ştatının Filadelfiya şəhərində Harris və Tramp arasında teledebat baş tutub. “ABC News” tərəfindən təşkil edilən və Amerikanın bütün əsas televiziya xəbər şəbəkələri tərəfindən canlı yayımlanan raund rəqiblərin yeganə görüşü ola bilər. Çünki Tramp və Harris hələ də növbəti görüş barədə razılığa gələ bilməyiblər.