Pezeşkian İraqa yola düşdü – İlk səfər

İran Prezidenti Məsud Pezeşkian Bağdada yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, M.Pezeşkianın Bağdada səfəri İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin dəvəti ilə həyata keçirilir.

İranın hökumət başçısı İraqda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, bu, onun prezident kimi ilk xarici səfəridir.