Natiq Cəfərli: “İlqar Məmmədovun istefasını mən şəxsən doğru saymırdım”
Yusif Nəzərli
06:23 13.09.2024
Siyasət
415
“Sədrin kim olacağına partiyanın Siyasi Komitəsi qərar verəcək”
İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verib. O qeyd edib ki, MSK onun təqdim etdiyi dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətini rədd edib. Nəticə etibarilə, ötən il söz verdiyi kimi REAL Partiyasının lideri vəzifəsindən istefa verib: "Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL Partiyasına yeni rəhbər seçəcək". Qeyd edək ki, İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən deputatlığa namizəd olub. Həmin dairədə Asim Mollazadə qalib gəlib.
REAL Partiyasının icra katibi Natiq Cəfərli REAL Partiyasının sədrlikdən istefası ilə bağlı bəyanatına aydınlıq gətirib. O "Sherg.az"a deyib ki, İlqar Məmmədov hələ keçən ilin sonunda parlament seçkisinin nəticələrinə uyğun olaraq qərar verəcəyini açıqlamışdı:
"İlqar Məmmədov Azərbaycanda bir örnək, nümunə ortaya qoydu. Öz məsuliyyətini üzərinə götürərək sədrlikdən istefa verdi. Halbuki Azərbaycanda demokratik ortam tam formalaşmayıb və arzulanan səviyyədə seçki keçirə bilmirik. Ona görə də seçkinin nəticələri fonunda partiya sədrinin istefa verməsini mən şəxsən doğru saymırdım. Amma bu, İlqar bəyin öz qərarıdır. O, kifayət qədər təcrübəli insandır. ReAL-da əsas qərarverici orqan Siyasi Komitədir və qurultay tərəfindən seçilir. Sədrin kim olacağına partiyanın Siyasi Komitəsi qərar verəcək. Bizdə sədri qurultay seçmir. Özümüz məqsədyönlü şəkildə elə bir mexanizm tətbiq etmişik ki, sədr daha demokratik ortamda fəaliyyət göstərsin. Partiya sədri həm Siyasi Komitə tərəfindən seçilir və Komitənin qərarlarına tabe olur. Yəni əsas Siyasi Komitənin fəaliyyətidir".
N.Cəfərli əlaəv edib ki, bundan sonra fəaliyyətlərini daha da genişləndirib, nümunə olmağa davam edəcəklər:
"ReAL Partiyasının Azərbaycanın siyasi landşaftında özünəməxsus yeri var, ideoloji partiyadır, proqram və sənədlərinə sadiqdir. Bugünədək yüzlərlə təkliflə, qanun layihələri ilə çıxış edən məhz ReAL Partiyasıdır. Bu yolda öz fəaliyyətimizi davam etdirəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm