
Bakı Gürcüstan-Rusiya arasında vasitəçilik edə bilər -POLİTOLOQ
Bakı Gürcüstan-Rusiya arasında vasitəçilik edə bilər -POLİTOLOQ
Yusif Nəzərli
07:03 13.09.2024
Dünya
698
Bu, Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti və geosiyasi imkanlarını genişləndirir
"Azərbaycan dövlət başçısının Gürcüstan-Rusiya və Ukrayna-Rusiya arasında vasitəçilik missiyasını həyata keçirməsi istisna deyil".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik vurğulayıb ki, Gürcüstan hökuməti Qərbdən uzaqlaşmaq siyasəti fonunda Rusiya ilə danışıqlara gedir. Abxaziya və Cənubi Osetiyaya nəzarəti təmin etmək üçün rəsmi Bakının imkanlarından istifadə edir:

"Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbulundan sonra, Qərbin Gürcüstana siyasəti 360 dərəcə dəyişib. Rəsmi Tbilisidə bu əlaqələrin böhrana yuvarlanmasında narahat deyil. Gələn ay keçiriləcək seçkilərdə "Gürcü arzusu" Partiyasi qələbə əldə etdikdən sonra, Abxaziya və Cənubi Osetiya ilə bağlı ciddi addımlar ata bilər. Xüsusilə, Prezident İlham Əliyev Tbilisi və Moskva arasında ortaq məxrəcə gəlməsində əsas vasitəçidir. Ötən ay Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərində Azərbaycanın bu məsələdə vasitəçi olması ilə bağlı məsələlərin müzakirəsi mümkün idi".
Siyasi şərhçinin fikrincə, Azərbaycan Gürcüstan ilə Rusiya arasında vasitəçilik missiyası həyata keçirəcəksə, Abxaziya və Cənubi Osetiyaya bağlı müsbət irəliləyişlər əldə oluna bilər:
"Təkcə Gürcüstanla bağlı deyil, Ukrayna-Rusiya arasında da Azərbaycan rəhbərliyinin vasitəçilik missiyası var. Ötən gün Ukrayna Prezidenti V.Zelenski tatar əsirlərin qaytarılması istiqamətində Azərbaycanın vasitəçiliyindən istifadə edildiyini qeyd etdi. Göründüyü kimi, Azərbaycanla Rusiya arasında normal əlaqələr Ukrayna və Gürcüstanla Rusiya arasında vasitəçilik missiyasının həyata keçirilməsinə gətirib çıxarır. Təbii ki, bu, Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti və geosiyasi imkanlarını genişləndirir. Ukrayna və Rusiya arasında humanitar sahədə vasitəçilik missiyası növbəti mərhələdə siyasi vasitəçiliyə çevrilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm