İordan çayının qərb sahilində qətlə yetirilən türkiyəli aktivistin nəşi Bakıdan İstanbula göndərilib

İordan çayının qərb sahilində öldürülən Türkiyə vətəndaşı Ayşenur Ezginin nəşi Bakıdan İstanbula gətirilib.
APA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Onun nəşini Bakıda Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qarşılayıb. Aktivistin nəşi daha sonra Türkiyəyə göndərilib.

Qeyd edək ki, türkiyəli hüquq müdafiəçisi, 26 yaşlı Aysenur Ezgi Eygi sentyabrın 6-ı İordan çayının qərb sahilində keçirilən etiraz aksiyası zamanı başından güllə yarası alaraq həyatını itirib.