Finlandiya Ukraynaya 118 milyon avroluq hərbi yardım paketini elan edib

Finlandiya Ukraynaya 118 milyon avro məbləğində 25-ci hərbi yardım paketini elan edib.
"Sherg.az" xəbər verir ki, bu barədə məlumat ölkənin Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Qeyd olunub ki, bununla da rəsmi Helsinkinin Ukraynaya göndərdiyi yardımın ümumi məbləği 2,3 milyard avroya çatıb.
Eyni zamanda, yükün təhlükəsiz çatdırılmasını təmin etmək və məxfilik prinsiplərini qorumaq məqsədilə hərbi paketə nələrin daxil olduğu açıqlanmayıb.
Bu arada, Finlandiyanın müdafiə naziri Antti Hyakkanenin sözlərinə görə, ölkə bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcək.