Temperatur düşəcək: El Nino getdi, La Nina gəlir

 Dünya La Nina dövrünə qədəm qoyub.  La Nina Sakin okeanda əmələ gələn və soyuq hava axınlarını xarakterizə edən cərəyandır. Lakin La Nina dövrünün başlanmasına baxmayaraq, hələ də havalar isti keçir. Mütəxəssislər temperaturun aşağı düşməməsini iqlim dəyişikliyinin artan təsiri ilə əlaqələndirsələr də, qış mövsümünün də isti keçə biləcəyini proqnozlaşdırırlar.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, ötən avqust ayı ən isti avqust ayı olub. Qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yuxarı olub. 2024-cü ilin iyun-avqust ayları üçün ölçülən temperatur göstəricisi uzunmüddətli orta göstəricini 0,69 üstələyir. Türkiyədə Orta Doğu Texniki Universiteti Dəniz Elmləri İnstitutunun ölçmələrinə görə, bu ilin yay dövründə Aralıq dənizində dəniz suyunun orta temperaturu 28 dərəcə olub. Lakin institutun məlumatlarına görə, Aralıq dənizində uzun illərdir orta temperatur 27 dərəcə ilə ölçülüb. Egey, Mərmərədə də temperatur ötən ilə nisbətən yüksəkliyi ilə seçilib. Boğaziçi Universiteti İqlim Dəyişikliyi və Siyasətlər Tətbiq və Araşdırma Mərkəzinin direktoru Prof. Dr. Levent Kurnaz, "Yay dövrü cəmi 92 gündür, 2024-cü ildəki bu 92 günün 60-ı rekord idi. Beləliklə, bu il bütün zamanların ən isti yayı oldu. Bundan əlavə, 2024-cü il ilin 8 ayından 0,23 dərəcə isti oldu. Keçən ilin 8 ayında "244 gündən 162-si rekord olaraq qeyd edildi", məlumatını verib. Temperaturun azalması ilə nəticələnəcəyi gözlənilən La Nina hava hadisəsinin hələ gözlənilən qədər güclü olmadığını ifadə edən Kurnaz, belə davam edib: “"La Nina-nın gözlədiyimiz qədər güclü olmaması temperaturun aşağı düşməməsinə səbəb olub və gələn qış çox güman ki, isti keçəcək. Lakin burada vacib məqam təbii ki, iqlim dəyişikliyidir, havanın temperaturunda artım tendensiyası davam edəcək".  İqlim dəyişikliyi istər La Nina, istərsə də El Nino olsun, bütün hava hadisələrinin daha şiddətli olmasına, daha uzun sürməsinə, daha tez-tez baş verməsinə və daha geniş bir ərazidə meydana gəlməsinə səbəb olur. “Bununla belə, La Nina səbəbiylə İstanbulda çox qar görəcəyik, desək, çox iddialı olardı. Bunu demək çətindir, amma bunu çox asanlıqla deyə bilərik: Çox qəfil qar fırtınası və ciddi miqdarda qar ola bilər və sonra yazda çiçəklər açıla bilər, lakin bunlar vərdiş halına gələn yağışlar olmayacaq". Qış mövsümünün yəqin ki, keçən qış mövsümündən bir qədər sərin keçəcəyini və fərqin 0,2-0,1 dərəcə səviyyəsində ola biləcəyini bildirən Kurnaz, insan təsirinin atmosferi və dünyanı hər keçən gün daha çox pozduğunu və bu həddən artıq pisləşməyə görə artıq elmi olaraq proqnozlaşdırıla bilməz.