İsrailin hücumları səbəbindən bölgədə gərginlik artıb. Bu arada İran hərbi paradla gücünü nümayiş etdirdi.
Sherg.az xəbər verir ki, mərasimdə yeni ballistik raketlər, tanklar və pilotsuz uçuş aparatları sərgilənib.
Parad Müqəddəs Müdafiə Həftəsi kimi tanınan İran-İraq müharibəsinin başlanmasının 44-cü ildönümündə baş tutub.
23 ballistik raketin nümayiş olunduğu mərasimdə, həmçinin kəşfiyyat və hücum əməliyyatları üçün hazırlanmış “Cihad” adlı yeni hazırlanmış ballistik raket və 1000 kilometr mənzilli ballistik raket və “Şəhid-136 B” adlı kamikadze pilotsuz uçuş aparatı da təqdim edilib. .
Paytaxt Tehranda keçirilən mərasimdə prezident Məsud Pezeşkiyan da iştirak edib.
Pezeşkian deyib ki, İranın çəkindirmə qabiliyyətinə görə heç kim işğala cəhd belə edə bilməz.
İran prezidenti deyib: “Əgər bu silahlı qüvvələr güclü və bacarıqlı olmasaydı, İran bu gün təhlükəsiz olmazdı”.
İsrailin bölgədəki təcavüzünün yaratdığı problemlərə də diqqət çəkən Pezeşkian İslam ölkələrini birliyə çağırıb.
İranın dini lideri Ayətullah Əli Xameneinin hərbi müşaviri də İsraili region üçün təhlükə adlandırıb.
Hərbi müşavir deyib: "İran öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün bütün hərbi imkanlarından istifadə etməyə çalışır. Biz regionda sülh və sabitliyin olmasını istəyirik. İsrail region üçün təhlükədir və müqavimət İsrailin təhdid və qırğınlarına son qoyacaq".
Mərasimdə yürüş edən əsgərlər də ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.