Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşdi
Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşdi
07:56 24.09.2024
Cəmiyyət
585
Azərbaycanın təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib.
"Report"un əldə etdiyi məlumata görə, həmin heyətin ümumi tədris işinin həcmi müxtəlif fəaliyyət istiqamətləri (tədris prosesində birbaşa iştirak, tədris prosesinə hazırlıqla bağlı fəaliyyət, qiymətləndirmə, tələbələrə dəstək, elmi-metodiki və metodiki işlər, elmi tədqiqat fəaliyyəti, peşəkar inkişaf və s.) əsasında formalaşan tədris işinin növlərindən asılı olaraq müəyyən edilir.
Təhsil müəssisələrində tədris işinin aşağıdakı növləri müəyyənləşdirilib:
- qrup (yarımqrup, qrup birləşmə) dərsləri (mühazirə, seminar, praktik məşğələlər);
- laboratoriya işləri;
- fərdi dərslər (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin müəyyən xüsusi fənlər üzrə yaradılan və 1 tələbə ilə aparılan dərs növü);
- əməli dərslər (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin müəyyən xüsusi fənn (ifaçılıq fənləri (müxtəlif ansambllar, kvartet, müşayiət sinfi, xalq rəqs musiqisi və s.); partitura qiraəti, polifoniya, duet, gimnastika və s.) üzrə yaradılan və 2-6 tələbə ilə aparılan dərs növü);
- təhsil müəssisəsindən kənarda keçirilən tematik dərslər (müəyyən mövzu üzrə təhsil müəssisəsindən kənarda keçirilən dərs növü);
- imtahanqabağı məsləhətlər;
- tələbələrin ixtisas üzrə təcrübəsi;
- kurs layihələrinin (işlərinin), buraxılış işinin, dissertasiya işinin (magistratura və doktorantura səviyyələri üzrə) hazırlanması prosesi ilə bağlı işlər (rəhbərlik, məsləhətlərin və rəyin verilməsi və s.);
- cari və aralıq qiymətləndirmənin aparılması, yoxlama işlərinin keçirilməsi, imtahanların qəbulu və s.
Professor-müəllim heyətinə təhsil müəssisəsinin rəhbərinin qərarı ilə 1,5 ştat vahidi həcmində tədris yükü ayrıla bilər. Bundan əlavə onlar könüllü olaraq əməyin saathesabı ödənilməsi qaydasında tədris yükündən 250 saatdan çox olmamaqla əlavə dərs deyə bilərlər. Bu zaman mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən az olmamalıdır.
Ali təhsil müəssisəsinin rəhbərinin qərarı ilə elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq elmi tədqiqatlarla məşğul olan professor-müəllim heyətinin (əsas iş yeri həmin ali təhsil müəssisəsi olduqda) illik tədris yükü 40%-dək azaldıla bilər. Bu zaman həmin professor-müəllim heyətinin sayı ali təhsil müəssisəsinin professor-müəllim heyətinin ümumi sayının 5 faizindən çox ola bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Yuxarı Lars” keçidi yük avtomobilləri üçün açıldı
14:04 20.11.2026
Region
“Kimyəvi silah” iddiası ilə işğala zəmin hazırlanır
14:00 20.11.2026
Dünya
AMEA-nın strukturunda dəyişiklik edilib
13:26 20.11.2026
Elm və Təhsil
Ağdamın əsl dirçəlişi indi başlayır - ŞƏRH
13:21 20.11.2026
Gündəm
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
12:59 20.11.2026
Media
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
12:49 20.11.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
12:25 20.11.2026
Gündəm
SEPAH: Döyüşə hazırıq, coğrafi məhdudiyyət olmadan vuracağıq
12:15 20.11.2026
Dünya
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə