Bayden Almaniyaya səfər edəcək
23:42 24.09.2024
Dünya
590
ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Amerika prezidenti ilə Almaniya hökumətinin nümayəndələri arasında danışıqlar oktyabrın 11-nə planlaşdırılıb. Bayden oktyabrın 12-dək Almaniyada qalacaq, sonra isə Afrikaya gedəcək.
Nəşrin məlumatına görə, Berlin polisi yaxın günlərdə ABŞ Prezidentinin Almaniya paytaxtında olduğu müddətdə təhlükəsizlik tədbirləri üzərində işləmək niyyətindədir.
Ağ Evin sözçüsü Karine Jan-Pyer xəbəri təsdiq edərək bildirib ki, ABŞ Prezidenti Co Bayden oktyabrın 10-15-də Almaniya və Anqolaya səfər edəcək və bu ölkələrin rəhbərliyi ilə görüşlər keçirəcək:
“Almaniyada Bayden ABŞ və Almaniya arasında münasibətləri daha da gücləndirmək və ümumi prioritetlər üzrə hərəkətləri əlaqələndirmək üçün hökumət rəsmiləri ilə görüşəcək. ABŞ prezidenti həmçinin Berlinin Ukraynaya dəstəyini, eləcə də ABŞ, Almaniya və bütün NATO alyansının təhlükəsizliyinə verdiyi töhfəni qeyd edəcək. Bayden oktyabrın13-dən 15-dək Anqolada qalacaq və prezident Joau Lourensu ilə görüşəcək, onunla ümumi maraqlar və iqtisadi tərəfdaşlıq sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcək”.
Qeyd edək ki, Bayden artıq ABŞ Prezidenti kimi Almaniyaya səfər edib. Xüsusilə, 2022-ci ildə demokrat Elmauda Yeddilik Qrupunun sammitində iştirak edib. Lakin o, prezidentliyi dövründə Almaniyaya nə işgüzar, nə də dövlət səfəri etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AMEA-nın strukturunda dəyişiklik edilib
13:26 20.11.2026
Elm və Təhsil
Ağdamın əsl dirçəlişi indi başlayır - ŞƏRH
13:21 20.11.2026
Gündəm
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
12:59 20.11.2026
Media
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
12:49 20.11.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
12:25 20.11.2026
Gündəm
SEPAH: Döyüşə hazırıq, coğrafi məhdudiyyət olmadan vuracağıq
12:15 20.11.2026
Dünya
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya