Yaxın Şərdə münaqişə alovlanır: Netahyahunun münaqişəni dayandıracağını demək mümkünsüzdür

Sky News” telekanalı ABŞ rəsmilərinə istinadən məlumat verib ki, Yaxın saatlarda İsrail və Livanın "Hizbullah" hərəkatı arasında atəşkəs elan edilməlidir. Baş nazir Benyamin Netanyahu isə İsraillə Hizbullah arasında atəşkəsin əldə olunacağına və Livana hücum dalğasının azalacağına dair xəbərləri təkzib edib. Baş nazirin ofisi bu xəbərlərin yalan olduğun bəyan edib. O da qeyd olunub ki, Qəzzada döyüşlər davam edəcək.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “Sherg.az”a söyləyib ki, bu Yaxın Şərqdə gələcək onilliklər üçün coğrafi xəritələr, siyasi proseslərlə bağlı dəyişikliklərin başladılmasıdır:

“Artıq bir ilə yaxındır ki, İsrailin Həmas, Livan və Fələstinin digər qruplaşmarı ilə bağlı belə addımlarını görməkdəyik. İndiki halda Netahyahunun münaqişəni dayandıracağını demək mümkünsüzdür. İsrailin məqsədləri bəllidir və sistematik şəkildə məqsədlərinə çatacaqlar. Ona görə də bu cür əməliyyatları davamlı şəkildə aparacaqlar. Belə olan halda İsrail təhlükəsizliyini daha da genişləndirməlidir”.