Ceyhun Bayramov COP29-la bağlı nazirlər dialoqunda çıxış edib
07:30 28.09.2024
Siyasət
482
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz çərçivəsində təşkil olunan İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə həsr olunmuş qeyri-rəsmi nazirlər dialoqunda iştirak və çıxış edib.
"Sherg.az" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, nazirlər dialoqunda, həmçinin, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iştirak və çıxış ediblər. Eyni zamanda, tədbirə müxtəlif ölkələrin yüksəksəviyyəli nümayəndələri, habelə COP29 üzrə danışıqçılar qruplarının üzvləri qatılıblar.
Ceyhun Bayramov çıxışında Azərbaycanın COP29 sədrliyi fəaliyyəti, prioritet və təşəbbüslərindən, habelə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması istiqamətində aparılan danışıqlar prosesindən ətraflı bəhs edib.
COP29 sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesində ölkəmizin inklüzivlik və əməkdaşlıq çərçivəsində prosesin bütün maraqlı tərəfləri ilə yaxından çalışdığı diqqətə çatdırılıb. İqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitinin cəlbinin vacibliyini nəzərə alaraq, özəl sektor, habelə çoxtərəfli maliyyə institutlarının iştirakı ilə bütün resursları səfərbər etməyin və Qlobal Cənubun iqlim dəyişikliyinə qarşı mübarizə səylərinin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasının prosesin ən vacib elementlərindən biri olduğunu qeyd edən Ceyhun Bayramov bu istiqamətdə danışıqlarda iştirak edən bütün tərəfləri konstruktiv mövqe sərgiləyərək bəşəriyyətin qarşısında duran iqlim dəyişikliyi təhdidi ilə mübarizə istiqamətində səylərin səfərbər edilməsinə çağırıb.
COP29 sədrliyimizin 14 əsas təşəbbüs və bəyanlar ilə müəyyən olunmuş məqsədləri dəstəkləməklə yanaşı, onlara çatmaq üçün müvafiq alətlərin də təmin olunmasına fokuslandığı bildirilib. İqlimə əsaslanan inkişafın dəstəklənməsi yanaşmamızın, xüsusilə ən həssas təbəqələri nəzərə aldığı vurğulanıb.
Nazirlər dialoqu İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi üzrə müzakirələrin aparılması ilə davam etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə
QHT-lər üçün qrant müsabiqələri elan olundu - ŞƏRTLƏR
09:19 20.11.2026
Sosial
Bakının bir sıra yollarında tıxac yaranıb
08:57 20.11.2026
İnfrastruktur
Noyabrın 20-si üç BÜRC üçün xüsusi gün olacaq
08:48 20.11.2026
Sosial
Xərçəngə səbəb olan qidalar - Siyahı yeniləndi
08:20 20.11.2026
Sağlamlıq
Karles Puyola vəzifə verildi
07:51 20.11.2026
Futbol