ABŞ Suriyada İŞİD mövqelərini vurdu: 37 ölü

ABŞ Suriyada terrorçu qruplaşmalara zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (CENTCOM) məlumat verilib.

Məlumata görə, zərbələr nəticəsində 37 nəfər öldürülüb.

Ölənlər arasında İŞİD terror qruplaşmasının bir neçə yüksək rütbəli komandiri də var.