Ermənistan Fransadakı səfirliyi üçün 23 milyon avroya yeni bina alıb.
Axar.az xəbər verir ki, bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində paylaşım edib.
O bildirib ki, həmin bina Fransanın keçmiş prezidenti Valeri Jiskar D'Estanin iqamətgahı olub və hazırda isə Ermənistan Respublikasının mülkiyyəti sayılır.