Koreyalılar İran PUA-sının mini versiyasını yaratdılar

Cənubi Koreyada keçirilən sərgidə “Korean Air Aerospace” şirkəti “Şahid” PUA-sının mini versiyası olan KUS-LM adlı kamikadze dronunu nümayiş etdirib.

Axar.az “Defence Express”ə istinadən xəbər verir ki, KUS-LM pilotsuz uçan aparatı “Şahid-131/136” kimi tanınır.

“Biz unutmamalıyıq ki, iranlıların özləri İsrail "Harop"undan “ilhamlanıb”, bu da öz növbəsində istehsala daxil olmayan Almaniya DAR-ın (Die Drohne Antiradar) variasiyasıdır”, - deyə analitiklər yazır.