ABŞ və Böyük Britaniya Yəmənin husilərin nəzarətində olan Səna və Hudeyda şəhərlərinə növbəti aviazərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.
Bildirilib ki, koalisiya qüvvələri Sənada bir neçə obyektə zərbə endirib, Hudeydanın Əl-Kutib rayonunda isə azı 4 obyekt hədəf alıb.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.