Ukraynada sülh yalnız bu şərtlə olmalıdır - Zelenski

Ukraynada ədalətli sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır: suverenlik və Ukrayna ərazilərinin heç bir "alqı-satqısı" olmadan.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Planda göstərilən hər şey bizim tərəfdaşlarımız üçün realdır. Məhz bu, bizim məqsədimizdir - Ukrayna üçün etibarlı sülh və uzunmüddətli təhlükəsizliyi təmin etmək", - Zelenski vurğulayıb.

Zelenski qeyd edib ki, Ukraynaya əsl sülh və müharibədən zəmanətli müdafiə lazımdır.