Tokayev Putinin bu təklifindən imtina edir

Hökumət ətraflı təhlil aparmalı və müvafiq danışıqlar təşkil etməlidir.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev referendum nəticəsində qərarın xalq tərəfindən dəstəklənəcəyi təqdirdə atom elektrik stansiyasının (AES) tikintisi ilə kimin məşğul olacağı sualını şərh edərkən bildirib.

“Bu, asan məsələ deyil. Şəxsən mən hesab edirəm ki, Qazaxıstanda qabaqcıl texnologiyalara malik aparıcı dünya şirkətlərini özündə birləşdirən beynəlxalq konsorsium fəaliyyət göstərməlidir. Sonrakı prosesləri, necə deyərlər, həyat göstərəcək”, - Tokayev bildirib.

Qeyd edək ki, oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçirilir. Səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının yarısından çoxu iştirak edərsə, referendum baş tutmuş sayılacaq.

Xatırladaq ki, Rusiyanın Qazaxıstanda AES tikmək istədiyi ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə bu barəıdə müzakirə də aparıb.