İsrailin Beer-Şeva şəhərində qanlı terror aktı baş verib.
Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, şəhərin iki ayrı rayonunda eyni anda atışma baş verib.
Mərkəzi vağzal və şəhərin Şmiryaqu Levi küşəsində naməlim şəxslər odlu silahlarla ətrafdakılara atəş açıblar.
Nəticədə bir nəfər ölüb, 10 nəfər yaralanıb.
Mətbuatın yazdığına görə, terrorçu ərəb əsilli İsrail vətəndaşıdır. Onun zərərsizləşdirildiyi bildirilir.