Tokayev Xaçatryanı iqamətgahında qarşıladı

Qazaxıstanda səfərdə olan Ermənistan Prezidenti Vaaqn Xaçatryanın rəsmi qarşılanma mərasimi olub.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Qazaxıstan Prezidentinin sarayında Vaaqn Xaçatryanla Qasm-Jomart Tokayev arasında görüş başlayıb.

İki ölkə prezidentlərinin Ermənistan-Qazaxıstan əməkdaşlığının inkişafı ilə bağlı gündəliyə aid məsələləri müzakirə edəcəkləri qeyd olunub.

Qeyd edək ki, Vaaqn Xaçatryanın Qazaxıstana səfəri oktyabrın 14-də başlayıb.