Türkiyənin Ege Universitetində Həsən bəy Zərdabinin xatirəsinə həsr olunan Türk Dünyası Mətbuat simpoziumu 3 gün davam edəçək. Dünən simpoziumun açılışı olub.

Bu haqda "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı məlumat verib. A.Aşırlı bildirib ki, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və digər Türk Cümhuriyyətlərindən olan 110 nəfərdən cox mətbuat tarixçisi müxtəlif panellərdə məruzələr oxuyacaq , müzakirələr aparacaqlar.



"Simpoziumun açılışında Mətbuat Şurasının sədri Rəşad Məçidin təşkilatçılara, iştirakçılara təbriklərini çatdırıb, plaket təqdim etdim. İlk çıxışlardan biri mənim "Ünsizadələr mətbuatında milli kimlik və dil məsələləri" mövzusunda məruzəm oldu.
Geniş salonda həmçinin Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzi Azərbaycan sənətçilərinin möhtəşəm konsertini keçirdi, milli geyimlərimizin sərgisi də təşkil edildi. Ege üzərində Həsən bəy Zərdabinin ruhu dolaşır, ruhu şad olsun!".