Netanyahu atəşi dayandırmayacağını bildirib

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla telefon danışığında yəhudi dövlətinin şimal sakinləri üçün təhlükəsizlik bərpa olunana qədər Livanda atəşkəsə qarşı olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Baş nazir vurğulayıb ki, İsrail "Hizbullah"a qarşı İsrail vətəndaşlarını təhdiddən qorumaq üçün döyüşür.