"Gürcüstanda elə bir sahə yoxdur ki, biz orada inqilabi tərəqqi əldə etməyək. Bu faktdır və nə qədər bunun əksini sübut etməyə çalışsalar da, cəmiyyətimiz bütün bunları öz gözləri ilə görür".
24News.ge xəbər verir ki, bu sözləri "Gürcü arzusu"nun fəxri sədri Bidzina İvanişvili Zuqdididə seçki kampaniyası çərçivəsində keçirilən görüşdə deyib.
O bildirib ki, əmin-amanlıq və ölkənin düzgün iqtisadi inkişafı çoxdan gözlənilən arzunun - Gürcüstanın yenidən birləşdiyini görmək üçün əsas olmalıdır.
İvanişvilinin sözlərinə görə, gürcü xalqı ilə birlikdə hakim partiya ləyaqəti qorumaqla Avropa Birliyinə üzv ola bilər.