Həyat yoldaşımızı bakteriyalar seçir?

Özünü bakteriyalarla sağaldan alimin maraqlı həyat hekayəsi 

 25 ildir insan mikroflorasını araşdıran Əli Rıza Akın 1997-ci ildə İstanbul Universitetinin biologiya fakültəsini bitirib. Qısa müddət sonra o, təcrübəçi olaraq Kaliforniya Silikon Vadisinə gedib. Araşdırmasının ilk ayında iki mühüm kəşf etdikdən sonra işəgötürənlərin diqqətini çəkib və iş qapısı onun üzünə açılıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Ə.R.Akın şirkətə təcrübəçi kimi qəbul edilib və kif göbələkləri üzrə ixtisaslaşmış bir adam üçün işləməyə başlayıb. İkisi birlikdə dünyada heç kimin ağlına gəlməyən təcrübələr aparıblar. Əli Rıza Akın iş həyatının ilk illərində kif və bakteriyalarla bağlı geniş təcrübə qazanıb. İllər keçib və araşdırmaları nəticəsində o, bakteriyalar üzrə əsl mütəxəssis kimi yetişib. Hər kəs çətin olan təcrübələrlə bağlı məsləhət almaq üçün onun yanına gəlirdi. Kəşfləri və araşdırmaları sonsuz olan bakteriya mütəxəssisi Akın hazırda Amerika və Avropada çalışan bir türk firmasında elmi məsləhətçi rəhbər olaraq çalışır. İnsanların daha sağlam və uzun ömür sürməsinin sirri, hansı bakteriyaların olduğu, hansı bakteriyaların insan sağlamlığı üçün faydalı olduğu ilə bağlı araşdırmalar aparır. İnsan mikrobiotası (mokroflorası) və yeni nəsil probiotiklər üzərində işləyən Əli Rıza Akının başına gələn hadisə onun bakteriyalarla əlaqəsinə tamamilə fərqli bir mənzərə gətirib. Bakteriya mütəxəssisi Akının barmaqları qəfil şişməyə başlayıb. Ona iltihablı revmatizm diaqnozu qoyulub və bioloji dərman müalicəsi başlayıb. Ancaq aylar keçsə də, barmaqlarındakı şişlik aradan qalxmayıb. Əli Rıza Akın əllərindəki şişlikdən çox sevdiyi işinə belə gedə bilməyib. Bir gün o, istifadə etdiyi dərmanın əks təsirlərinə baxıb. Dərmanın üzərində onun pnevmoniya, vərəm və nadir xərçəng növlərinə səbəb ola biləcəyi yazılıb. Bunu öyrəndikdə  dərman qəbulunu dayandırıb və “mən bakteriya üzərində işləyirəm, niyə özümə dərman tapmayım?” deyərək qollarını çırmalayıb işə başlayıb. Kaliforniyada mövcud olan bütün probiotikləri topladı və hamısından istifadə etsə də, heç biri işə yaramadı. O, laboratoriyaya gedib, iltihab əleyhinə bakteriyalar (iltihab və ödemi azaldan maddələr və müalicə vasitələrinin ümumi adı) götürüb, onları eksperimental olaraq böyütməyə başlayıb və hər gün qəbul edib. 10-cu günün sonunda “kolbasa barmaqları” diaqnozu qoyulan barmaqlarından əsər-əlamət qalmayıb, sağalıblar. O, dərmanı olan bu bakteriyaları məhsula çevirmək qərarı verib. Bakteriyaların insan həyatında düşündüyümüzdən çox daha çox rol oynadığını vurğulayan Akın, bir tərəfdə 23 min, digər tərəfdə 2 milyon gen olduğunu nəzərə alsaq, xolesterin səviyyəsindən tutmuş bir çox pozğunluğa səbəb olan bakteriyaların olduğunu vurğulayır: “Bədənimizdə böyrək daşı pozğunluqları və öd kisəsi problemləri yaranır. İşini yerinə yetirə bilməyən bakteriyalar bu cür xəstəliklərə səbəb olur. Bakteriyalar yox olarsa, insan orqanizmində problemlər yaranacağı qaçılmazdır. Vücudumuzda bakteriya sağlam olduğu müddətcə bədənimiz də sağlamdır. Məsələn, orqanizmdə estrogen hormonunu aktivləşdirən bakteriyalardır. Bakteriya olmayanda hormonlar sıçrayır. Bir az da irəli getdikdə, hormonlar sıçrayır. Kistlər əmələ gəlir və kist zamanla özünü xərçəngə çevirə bilir, yəni bakteriya olmadığı zaman insanlar hər cür otoimmun xəstəliklərlə qarşılaşır”, deyən Ə.R.Akın qeyd edib ki, bakteriyaların olmaması özü ilə bir çox problem gətirsə də, bədənimiz, əslində, ciddi sağlamlıq problemləri ilə qarşılaşmadan bizə bəzi mesajlar göndərir. “Daimi qəbizlik və ya ishal bədənimizdə bəzi problemlərin olması deməkdir. Qəbizlik, əslində, xəstəliklərin erkən xəbərdarlığıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, 2022-ci ildə ABŞ-də 300 min qadına döş xərçəngi diaqnozu qoyulub və diaqnoz qoyulanların yalnız 30 faizində xərçəng riski var. Bununla belə, qalan 70 faizin ümumi problemləri arasında qəbizlik də var. Başqa sözlə, tədqiqata görə, onların hamısının sağlıq problemi olub. Qəbizlik xərçəngə sahib olmaq demək deyil, ancaq qəbizlik və ishal bədənin sizə verdiyi mesajdır ki, özünüzü toparlayın. Qəbizsinizsə, mütləq həkimə müraciət etməlisiniz, ancaq özünüzü də müalicə etməlisiniz. Ə.R.Akın bildirir ki, sağlam mikrofloraya sahib olmaq üçün həqiqətən üzvi məhsullar istehlak etməliyik. Ancaq yaşadığımız şəhərlərin xüsusiyyətləri bədənimizdəki bakteriyaların vəziyyətinə də təsir edir. Necə? "Yaşıl bir yerdə yaşayırsınızsa, torpaqla iç-içə yaşayırsınızsa, bu, mikrobiotanızdakı bakteriyaların müxtəlifliyini artırır. Bakteriyalar toxunduğunuz torpaqdan, nəfəs aldığınız havadan sizə keçir və həyatınıza təsir edir. optimal şəkildə böyük şəhərdə yaşayırsansa, yaşadığın bina betondur, getdiyin yol asfaltdır, ictimai nəqliyyat patogenlərlə doludur. Təbiətdən təcrid olunmuş bir həyat yaşayırsınızsa, sizin içindəki bakteriya müxtəlifliyi -mikrobiota azalır, bir sözlə, təbiətdə yaşayan biri ilə şəhərdə yaşayan birinin mikrobiotası arasında böyük fərq var”.
Qeyri-sağlam mikroflora bir çox problemə səbəb ola bilsə də, sağlam mikroflora hətta xərçəngə qalib gəlməyə kömək edə bilər. İnsanlar xərçəngi kimyaterapiya, radioterapiya kimi üsullarla müalicə etməyə çalışırlar, amma xərçəng hələ də bizə dərindən təsir edir. İnsanların öz müdafiə sistemi o qədər güclüdür ki, xərçəngi məğlub edə bilir. İnsanın öz müdafiə sistemi düzgün işləsə, orqanizmi çeşidli bakteriyalara sahib olsa, hər cür xəstəliklə mübarizə apara bilər. Bakteriyalar təkcə immunitet sistemində deyil, həm də insan psixologiyasında böyük rol oynayır. Bədənimizdə artan və azalan bakteriyaların həyat yoldaşı seçiminə belə təsir etdiyini bilirdinizmi? Əli Rıza Akın canlıların özlərində olmayan xüsusiyyətlərə görə həyat yoldaşlarını seçdiklərini açıqladı. İnsanların ortaq olaraq sahib olmadığı bakteriyalı insanları seçdiyini ifadə edən Akın, "Tərdəki bakteriyalar da bir-birini çəkir" deyib. Əli Rıza Akın həyat yoldaşı seçimində əsas amilin karyera və ya görünüş kimi kriteriyalardan çox mikroflora uyğunluğu olduğunu vurğulayaraq, “İki insanın mikrobiotası bir-birini tamamlayırsa, bu o deməkdir ki, onunla tam uyğunlaşırsınız. Bu, tər qoxusu ilə də olur, çünki canlılar özlərində olmayanı axtarırlar". Ə.R.Akın gündəlik həyatda hansı qidaların mikrofloramıza müsbət təsir etdiyindən danışıb. Və bildirib ki, insan tamamilə orqanik məhsullar, bitkilərlə qidalanan heyvanların ətini istehlak etməli, sağlam ət tapa bilmirsə, balıq ovuna gedib balıq tutmalı, üzvi göyərti tapmırsa, tapdıqlarını ən az 3 dəfə soda ilə yuduqdan sonra istehlak etməlidir. 
Məlahət