Mədəniyyət Nazirliyi Şahlar Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb
Yusif Nəzərli
12:19 26.10.2024
Mədəniyyət
1018
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış opera müğənnisi, Xalq artisti, Prezident təqaüdçüsü Şahlar Quliyev 2024-cü il oktyabrın 26-da, 78 yaşında vəfat edib.
Sherg.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı nekroloqda deyilib:
"Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu ixtisası üzrə təhsil alıb, daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA, professor E.Quliyevanın sinfi) bitirib.
Vokal sənətimizin gözəl səslərindən (bariton) olan Şahlar Quliyev 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti idi. O, 30 ildən artıq aparıcı səhnə ustası – yüksək kateqoriyalı solist-vokalçı kimi teatrın repertuarındakı əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən professionallıqla ifa olunub və tamaşaçı rəğbəti qazanıb.
Şahlar Quliyevin vokalçı kimi repertuarında uzun illər böyük məharətlə ifa etdiyi Aslan şah partiyasnın xüsusi yeri var. Təsadüfi deyil ki, sənətkar 2016-c ilin noyabrında Akademik Opera və Balet Teatrında özünün 70 illik yubileyinə həsr olunmuş tamaşada məhz Aslah şah partiyası ilə bu səhnədə son çıxışını etmişdi.
Şahlar Quliyev Azərbaycan opera sənətini teatrın heyəti ilə birlikdə müxtəlif xarici ölkələrdə də uğurla təmsil edib.
Sənətkarın Azərbaycan mədəniyyətinə, vokal ifaçılıq sənətinə töhfələri dövlətimiz tərəfindən yüksək qiymətləndirlib. O, 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdü. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Şahlar Quliyevin vəfatı ilə əlaqədar sənətkarın ailəsinə və yaxınlarına, eləcə də musiqi və teatr ictimaiyyətinə dərin hüznlə başsağlığı verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya