Rusiya Prezidenti Vladimir Putin respublikaçı Donald Trampı prezident seçkisində qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Mənim prezidentin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərim yoxdur", - deyə Kremlin nümayəndəsi bildirib.
"Gəlin unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayısı ilə dövlətimizə qarşı müharibəyə cəlb olunan dost olmayan ölkədən gedir", - deyə Peskov qeyd edib.