"Rusiya və İranın Cənubi Qafqazda maraqları fərqlidir".
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
“New York Times” nəşri İran və Rusiya arasında Cənubi Qafqazda maraqların toqquşması ilə bağlı məqaləsində İran səfirinin müsahibəsindən sitat gətirib:
“Biz müttəfiq deyilik. Bizim bəzi fikir ayrılıqlarımız və ümumi maraqlarımız var. Lakin bu, bizim müttəfiq olduğumuz demək deyil”, - deyə Sübhani bildirib.